...

Azərbaycanda əmək pensiyaçılarının 371 137 nəfəri ahıl vətəndaşlardır

Cəmiyyət Materials 1 Oktyabr 2012 11:40 (UTC +04:00)
Sentyabrın 30-na olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyaçılarının 371 137 nəfəri ahıl vətəndaşlardır.
Azərbaycanda əmək pensiyaçılarının 371 137 nəfəri ahıl vətəndaşlardır

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Sentyabrın 30-na olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyaçılarının 371 137 nəfəri ahıl vətəndaşlardır. Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlardan 147 934 nəfəri kişi, 223 203 nəfəri isə qadındır.

BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir və həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev 22 iyun 2001-ci il tarixində "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu imzalayıb. Qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.

Hazırda ahıl pensiyaçıların 275 723 nəfəri 70-80 yaş arası, 86530 nəfəri 80-90 yaş arası, 8884 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır.

Ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən hazıradək Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 6 sərəncam verilmiş, bununla yanaşı, əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün ardıcıl qərarlar qəbul edilib. Nəticədə yeni sistem fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 5,2 dəfə artıb.

Hazırda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 151 manat, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 167 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti