...

Bərdə-İstisu avtomobil yolunun Bərdə-Tərtər hissəsinin əsaslı təmiri davam etdirilir (FOTO) (VİDEO)

Cəmiyyət Materials 1 Oktyabr 2012 11:53 (UTC +04:00)
Trend-in "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2-ci texniki dərəcəli, 2 zolaqlı yolda əsaslı təmir işlərinə cari ilin sentyabr ayının 14-də başlanılıb.
Bərdə-İstisu avtomobil yolunun Bərdə-Tərtər hissəsinin əsaslı təmiri davam etdirilir (FOTO) (VİDEO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Bərdə-İstisu avtomobil yolunun Bərdə-Tərtər hissəsinin əsaslı təmiri davam etdirilir.

Trend-in "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2-ci texniki dərəcəli, 2 zolaqlı yolda əsaslı təmir işlərinə cari ilin sentyabr ayının 14-də başlanılıb.

Uzun müddət istismarda olan yol əsaslı təmir edilmədiyindən çox hissəsi deformasiyaya uğrayıb. Hazırda yol geyiminin sıradan çıxmış hissələri kəsilib çıxarılır, yeni materialla doldurularaq profilə salınır. Uzunluğu 18 km olan yolda yeni asfalt-beton örtüyünün döşənməsi hərəkətin intensivliyi nəzərə alınaraq nəqliyyat sıxlığının yaranmaması üçün gecə saatlarında həyata keçirilir. Artıq yolun 5 km hissəsinə 1 qat asfalt-beton örtük döşənib.

Video Player
Xəbər lenti

Xəbər lenti