...

"Euronews" yaxın gələcəkdə Azərbaycan haqqında daha çox məlumat vermək niyyətindədir (FOTO)

Cəmiyyət Materials 2 Oktyabr 2012 15:59 (UTC +04:00)
"Euronews" telekanalı yaxın gələcəkdə Azərbaycan haqqında daha çox məlumat vermək niyyətindədir.
"Euronews" yaxın gələcəkdə Azərbaycan haqqında daha çox məlumat vermək niyyətindədir (FOTO)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir M.Əliyev/

"Euronews" telekanalı yaxın gələcəkdə Azərbaycan haqqında daha çox məlumat vermək niyyətindədir. Trend-in məlumatına görə, bunu Bakıda telekörpü zamanı azərbaycanlı jurnalistlərin sualını cavablandıran telekanalın baş direktoru Maykl Piters bildirib.

"Ümid edirəm ki, Azərbaycanın İctimai Televiziyası ilə əməkdaşlıq nəticəsində Azərbaycan haqqında daha çox məlumatların verilməsinə nail olunacaq", - Piters deyib.

O, azərbaycanlı jurnalistlərin Qafqaz regionu barədə kifayət qədər məlumatların yayılmaması ilə bağlı iradı ilə razılaşaraq qeyd edib ki, hazırda Qafqaz və Orta Asiya ölkələri barədə geniş məlumatlar yazılmır.

"Euronews" telekanalının rəhbəri Maykl Piters telekörpüdən əvvəl kanalın fəaliyyəti və gələcək inkişaf strategiyası barədə ümumi məlumat verib. O bildirib ki, hazırda Euronews-un yeni binasının inşası istiqamətində işlər aparılır.

Piters qeyd edib ki, hazırda 11 dildə yayımlanan "Euronews" gələcəkdə 13 dildə yayımlanacaq. O, həmçinin kanalın xəbərlərini mobil telefonlar vasitəsilə izləməyə imkan yaradılacağını deyib və müasir mobil telefonlar üçün proqram təminatı barədə ətraflı məlumat verib. O vurğulayıb ki, "Euronews" artıq yalnız telekanal deyil, Avropa əhalisi arasında bir körpü rolu oynamağı hədəfləyir.

Xəbər lenti

Xəbər lenti