Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda 2012-2013-cü il tədris ili üzrə rezidenturaya qəbul planı 100 faiz dolub.
Səhiyyə Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu il rezidenturada təhsil almaq üçün 514 plan yerinə 514 nəfər qəbul olub. Həmin şəxslərin hamısı qeydiyyatdan keçib.
Nazirlikdən bildirilib ki, oktyabrın 1-dən dərslərin keçirilməsinə başlanılıb. Ötən il rezidentura 10 tibb müəssisəsində təşkil olunubsa, bu il həmin müəssisələrin sayı 27-ə çatıb.