...

Azərbaycanın bəzi regional telekanallarının yayım üçün lisenziya müddəti uzadılıb

Cəmiyyət Materials 3 Oktyabr 2012 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

"Kanal S" MMC-nin və "Yevlax TV" MMC-nin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılıb.

Milli Televiziya və Radio Şurasından Trend-ə verilən məlumata görə, Şuranın bu gün keçirilən iclasında bu barədə qərar qəbul edilib.

Bu gün keçirilən iclasda "Kanal S" MMC-nin, "Yevlax TV" MMC-nin regional televiziya yayımı üçün, "AzHiNet" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.

Milli Televiziya və Radio Şurasının qərarına əsasən, "Kanal S" MMC-nin və "Yevlax TV" MMC-nin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılıb.

"AzHiNet" MMC tərəfindən kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə ərizə və qanunvericiliklə müəyyən edilmiş sənədlər "Televiziya və radio yayımı haqqında" qanunun 22.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə təqdim edilmədiyindən "AzHiNet" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılmasından imtina edilib.

Xəbər lenti

Xəbər lenti