...

Bakı Beynəlxalq Humanitar Forumunun inkişaf potensialı var - "Exo planeta" jurnalının baş redaktoru

Cəmiyyət Materials 4 Oktyabr 2012 14:13 (UTC +04:00)
İki il əvvəl Rusiya və Azərbaycan ziyalıları arasında keçirilən görüşün dünyanın hər yerindən intellektualların, siyasi xadimlərin bir yerə toplaşdığı beynəlxaq formata çevrilməsi çox vacibdir.
Bakı Beynəlxalq Humanitar Forumunun inkişaf potensialı var - "Exo planeta" jurnalının baş redaktoru

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir E.Tarıverdiyeva/

İki il əvvəl Rusiya və Azərbaycan ziyalıları arasında keçirilən görüşün dünyanın hər yerindən intellektualların, siyasi xadimlərin bir yerə toplaşdığı beynəlxaq formata çevrilməsi çox vacibdir. Bu barədə cümə axşamı Trend-ə "Exo planetı" jurnalının baş redaktoru Elmar Hüseynov deyib.

"Görüşün əsasında Rusiya və Azərbaycanın təşəbbüsünün dayanması yaxşıdır. Azərbaycan şərqlə qərbin, şimalla cənubun, İslamla xristianlığın kəsişməsində yerləşən ölkədir və belə tədbir üçün bundan yaxşı meydança tapmaq mümkün deyildi", - Hüseynov qeyd edib.

Onun sözlərinə görə, ilk forumu düşünən istedadlı və kreativ insanlar onu böyük universal görüşə çeviriblər. Forumun auditoriyasının, habelə tanınmış insanların və siyasətçilərin iştirakının genişlənməsi heyrətamizdir.

"Forumda iştirak edən hər kəsi heyrətləndirən Heydər Əliyev Mərkəzi haqqında ayrıca danışmaq istərdim, çünki fikrimcə, bu, Azərbaycanın dinamik inkişafının rəmzidir", - o əlavə edib.

Hüseynovun sözlərinə görə, forum inkişaf potensialı olan böyük hadisədir.

Xəbər lenti

Xəbər lenti