Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin sayının çoxalması ölkənin qlobal əhəmiyyət daşımasının göstəricisidir. Bu barədə Trend-ə hazırda Bakıda keçirilən II Beynəlxalq Humanitar Forumun iştirakçısı, Rusiya İctimai Tanınma Milli Fondunun İdarə Heyətinin sədri Pavel Abakumov bildirib.
O qeyd edib ki, hazırkı forumun qlobal əhəmiyyəti olduqca böyükdür və bu, iştirakçı ölkələr arasında multikulturalizm mübadiləsində əhəmiyyətli rol oynayır.
"Ölkəniz zəngin mədəniyyətə, resurslara malikdir və bütün bunlar Azərbaycanın dünyaya inteqrasiyasının önəmini artırır. İndiki forum mədəniyyətlərarası inteqrasiya üçün növbəti şansdır. Əminəm ki, ciddi nəticələr olacaq", - Abakumov deyib.
Qonaq onu da bildirib ki, Bakıda şahidi olduğu dinamik inkişaf onu heyrətləndirib.
"Mən artıq postsovet bir ölkə yox, inkişaf etmiş qlobal bir ölkənin şahidiyəm", - Abakumov əlavə edib.
Pavel Abakumov: Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin sayının çoxalması ölkənin qlobal əhəmiyyət daşımasının göstəricisidir