...

Azərbaycanda peşə təhsili almaq istəyənlər üçün yeni internet resursu yaradılır

Cəmiyyət Materials 4 Oktyabr 2012 15:27 (UTC +04:00)
Azərbaycanda yaxın 2-3 ay ərzində peşə təhsili ilə bağlı internet resursu istifadəyə veriləcək.
Azərbaycanda peşə təhsili almaq istəyənlər üçün yeni internet resursu yaradılır

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda yaxın 2-3 ay ərzində peşə təhsili ilə bağlı internet resursu istifadəyə veriləcək. Bunu cümə axşamı Trend-ə Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov deyib.

Onun sözlərinə görə, bu resursda bütün peşə təhsili müəssisələri haqqında məlumatlar, müvafiq sənədlər və s. yerləşdiriləcək. Sayt vasitəsilə şagirdlər elektron yolla ixtisas seçimi də apara biləcəklər.

Məmmədov bildirib ki, nazirlik tərəfindən gələcəkdə elektron peşə təhsili almağa imkan verən www.avel.edu.az təhsil portalı da yaradılıb. Amma "Distant təhsil haqqında" qanun qəbul olunmadığından hələlik bunu tətbiq etmək mümkün deyil.

Nazirlik rəsmisinin sözlərinə görə, distant peşə təhsilini bütün peşə məktəblərində təşkil etmək mümkün ola bilməz. Bu yeniliyin yalnız müəyyən peşə məktəblərində tətbiqi nəzərdə tutulur.

Məmmədov deyib ki, daha çox müəyyən peşə biliklərinə, bacarıqlarına yiyələnmək istəyən, amma işlədikləri üçün və digər səbəblərdən məktəblərə gedə bilməyənlər üçün distant peşə təhsili almaq imkanı yaradılır.

Xəbər lenti

Xəbər lenti