...

Yeni tədris ili üçün Bakıda 5060 şagird yerlik 7 məktəb binası inşa edilib

Cəmiyyət Materials 4 Oktyabr 2012 18:46 (UTC +04:00)
Yeni tədris ili üçün Bakıda 5060 şagird yerlik 7 məktəb binası inşa edilib.
Yeni tədris ili üçün Bakıda 5060 şagird yerlik 7 məktəb binası inşa edilib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Yeni tədris ili üçün Bakıda 5060 şagird yerlik 7 məktəb binası inşa edilib. Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar keçirilən bayram tədbirində deyib.

Onun sözlərinə görə, paytaxtdakı 8 məktəbdə şagird sıxlığının aradan qaldırılması üçün 3180 yerlik əlavə korpus tikilərək istifadəyə verilib.

İdarə rəisi deyib ki, hazırda BŞTİ-nin tabeliyində 316 orta, 3 əsas, 5 yardımçı, 1 evdə təhsil, cəzaçəkmə müəssisəsində axşam məktəbi var. Bu məktəblərdə 311 695 şagirdin təlim-tərbiyəsi ilə 29 870 müəllim məşğul olur.

Rzaquliyevanın sözlərinə görə, 2006-2012-ci illərdə ali məktəblərə qəbul imtahanları zamanı aşağı nəticələr göstərən məzunların sayı azalıb, yüksək nəticə göstərən məzunların sayı artıb. Məzunlarının 50 faizindən çoxu tələbə adı qazanan təhsil müəssisələrinin sayında ciddi artım qeydə alınıb.

Tədbirdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müəllimlərə təbrik müraciəti oxunub. Müraciəti BŞTİ-nin rəisi Nailə Rzaquliyeva oxuyub.

Azərbaycanın təhsil naziri Misir Mərdanov isə bildirib ki, ölkədə bu bayram müstəqillik əldə edildikdən sonra qeyd olunur.

Azərbaycanda təhsilin çox sürətlə inkişaf etdiyini deyən nazir qeyd edib ki, son illər Azərbaycanda yeni tikilən məktəblərin sayı iki mini keçib.

Nazir Azərbaycanda təhsil almaq üçün münbit şəraitin yaradıldığını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti