...

Türkiyədə “Gənc liderlərin dövlətlərarası siyasətdə rolu” mövzusunda beynəlxalq forum keçiriləcək

Cəmiyyət Materials 5 Oktyabr 2012 13:13 (UTC +04:00)
Oktyabrın 14-16-da TÜRKPA-nın təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində "Gənc liderlərin dövlətlərarası siyasətdə rolu" mövzusunda beynəlxalq forum keçiriləcək.
Türkiyədə “Gənc liderlərin dövlətlərarası siyasətdə rolu” mövzusunda beynəlxalq forum keçiriləcək

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir M.Əliyev/

Oktyabrın 14-16-da TÜRKPA-nın təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində "Gənc liderlərin dövlətlərarası siyasətdə rolu" mövzusunda beynəlxalq forum keçiriləcək. Trend-in məlumatına görə, bunu forumda iştirak edəcək "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Təşkilatının sədri, Milli Məclisin üzvü Fuad Muradov bildirib.

Onun sözlərinə görə, forumda Azərbaycanı dövlət rəsmilərindən və millət vəkillərindən ibarət nümayəndə heyəti təmsil edəcək.

Tədbirdə Azərbaycanı hökumət adından gənclər və idman naziri Azad Rəhimov, eyni zamanda Prezident Administrasiyasının şöbə müdirləri təmsil edəcəklər.

Muradov bildirib ki, forumun məqsədi gənc liderlərin formalaşması, onlar arasında qəti qərarların qəbul edilməsi kimi məsələlərin müzakirəsidir.

"Hazırda dünyada qlobal səviyyədə gənc liderlərin yetişməsində problemlər var və bu, hazırda dünyada baş verən bütün proseslərdə özünü göstərir. Bütün bunlar Azərbaycanın da iştirakı ilə İstanbulda baş tutacaq forumda müzakirə olunacaq", - Muradov əlavə edib.

O deyib ki, "Gənc liderlərin dövlətlərarası siyasətdə rolu" mövzusunda forum ilk dəfə keçirilir. Növbəti belə forum Azərbaycanda da keçirilə bilər.

Xəbər lenti

Xəbər lenti