...

Azərbaycanda 12 turizm şirkətinə yeni lisenziyalar verib

Cəmiyyət Materials 5 Oktyabr 2012 15:12 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi sentyabr ayı ərzində 12 şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verib.
Azərbaycanda 12 turizm şirkətinə  yeni lisenziyalar verib

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi sentyabr ayı ərzində 12 şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib, bir şirkətin isə adı dəyişdirilib.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, həmin şirkətlər "F. S Travel" MMC, "Metro Travel", "Gilan Turizm" MMC, "My Travel" MMC, "R-Travel and Tour" MMC, "USE Study Group" MMC, "Ran Tur Travel Agency" MMC, "Qafqaz Travel" MMC, "Az Tez Tour" MMC, "L.İ.S Group" MMC, "FT" MMC, "Green Tour" MMC-dir.

Bununla yanaşı, "EURO-AZİA-AZ" MMC-yə turizm fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş lisenziya "Carlton Travel Assistance" MMC adı ilə yenidən rəsmiləşdirilib.

Xəbər lenti

Xəbər lenti