...

Trend BİA və Bolqarıstanın BTA informasiya agentliyi tərəfdaşlıq haqqında saziş imzalayıb

Cəmiyyət Materials 5 Oktyabr 2012 15:36 (UTC +04:00)
Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) və Bolqarıstanın BTA İnformasiya Agentliyi cümə günü Bakıda informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.
Trend BİA və Bolqarıstanın BTA informasiya agentliyi tərəfdaşlıq haqqında saziş imzalayıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) və Bolqarıstanın BTA İnformasiya Agentliyi cümə günü Bakıda informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.

Trend-in məlumatına görə, sazişi Trend BİA-nın baş direktoru İlqar Hüseynov və BTA-nın baş direktoru Maksim Minçev imzalayıblar.

Sənədə əsasən, tərəflər Bolqarıstan və Azərbaycan ərazisində və ondan kənarda siyasi, iqtisadi, sosial və mədəni-humanitar həyatda baş verən operativ materialların mütəmadi mübadiləsini aparacaqlar. Tərəflər, həmçinin təcrübə mübadiləsi sahəsində və agentlik əməkdaşlarının Bakı və Sofiyada ixtisasartırma üçün qarşılıqlı səfərlərini təşkil etmək üzrə əməkdaşlıq etmək niyyətindədirlər.

Qeyd edək ki, 1898-ci ildə əsası qoyulan BTA Bolqarıstanın iri informasiya agentliyidir.

Xəbər lenti

Xəbər lenti