...

Azərbaycan zəvvarları Həcc ziyarətinə 12 reyslə yola salınacaq

Cəmiyyət Materials 10 Oktyabr 2012 13:34 (UTC +04:00)
Azərbaycan zəvvarları Həcc ziyarətinə 12 reyslə yola salınacaq. Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub ki, Azərbaycan zəvvarları bu il müqəddəs Həcc ziyarətinə oktyabrın 12-dən etibarən yola düşməyə başlayacaqlar.
Azərbaycan zəvvarları Həcc ziyarətinə 12 reyslə yola salınacaq

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan zəvvarları Həcc ziyarətinə 12 reyslə yola salınacaq. Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub ki, Azərbaycan zəvvarları bu il müqəddəs Həcc ziyarətinə oktyabrın 12-dən etibarən yola düşməyə başlayacaqlar.

Zəvvarlar Bakı-Ciddə marşrutu üzrə 12-18 oktyabr tarixlərində 12 reyslə müqəddəs məkanlara yola salınacaq.

Müvafiq olaraq, 12 oktyabrda bir, 13 oktyabrda bir, 14 oktyabrda bir, 15 oktyabrda üç, 16 oktyabrda üç, 17 oktyabrda iki, 18 oktyabrda isə bir təyyarə Səudiyyə Ərəbistanına istiqamət götürəcək.

Həcc ziyarətini başa vurduqdan sonra zəvvarlarımızın 5-12 noyabr tarixlərində Mədinə-Bakı marşrutu üzrə Azərbaycana qayıtmaları nəzərdə tutulur.

Müvafiq olaraq, 5 noyabrda iki, 6 noyabrda iki, 7 noyabrda iki, 8 noyabrda iki, 9 noyabrda bir, 10 noyabrda bir, 11 noyabrda bir, 12 noyabrda bir təyyarə zəvvarlarımızı Vətənə qaytaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti