...

Bakıda daha iki yol bağlanıb

Cəmiyyət Materials 10 Oktyabr 2012 17:30 (UTC +04:00)
Həsən bəy Zərdabi prospektində, 20 Yanvar dairəsindən Əsəd Əhmədov küçəsi kəsişməsinə kimi Qələbə dairəsi istiqamətində olan hərəkət hissəsində təmir-tikinti işlərinin aparılması ilə əlaqədar olaraq yol bağlanıb.
Bakıda daha iki yol bağlanıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda təmir-tikinti işlərinin aparılması ilə əlaqədar daha iki yol bağlanıb.

Trend-in Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, Həsən bəy Zərdabi prospektində, 20 Yanvar dairəsindən Əsəd Əhmədov küçəsi kəsişməsinə kimi Qələbə dairəsi istiqamətində olan hərəkət hissəsində təmir-tikinti işlərinin aparılması ilə əlaqədar olaraq yol bağlanıb.

Həsən Əliyev küçəsi (Atatürk pr. istiqamətində) Azadlıq prospekti kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi kəsişməsinə kimi təmir-tikinti işləri ilə əlaqədar bağlıdır.

Hər iki yolun əks hərəkət hissəsi 2 istiqamətli olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti