...

Azərbaycanın orta məktəblərində dərslik çatışmazlığı problemi həllini tapıb

Cəmiyyət Materials 11 Oktyabr 2012 14:35 (UTC +04:00)
Orta məktəblərdə I siniflər üçün yaranmış dərslik çatışmazlığı problemini həll etmək üçün nəşriyyatlarda əlavə dərsliklər çap edilib və yerlərə göndərilib.
Azərbaycanın orta məktəblərində dərslik çatışmazlığı problemi həllini tapıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Orta məktəblərdə I siniflər üçün yaranmış dərslik çatışmazlığı problemini həll etmək üçün nəşriyyatlarda əlavə dərsliklər çap edilib və yerlərə göndərilib. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, orta məktəblərdəki dərslik çatışmazlığı artıq həll edilib.

"Bu problem ona görə yaranmışdı ki, şagirdlərin sayı ilə bağlı əvvəlcə nəzərdə tutulan proqnoz özünü doğrultmadı. Bəlli oldu ki, I sinfə gedən şagirdlərin sayı daha cox imiş. Ona görə də biz təcili olaraq həmin dərslikləri müvafiq nəşriyyatlarda çap etdirdik və yerlərə çatdırdıq. Bu məsələdə hazırda elə bir problem yoxdur", - Mərdanov deyib.

O əlavə edib ki, qarşıdan gələn payız mövsümü ilə əlaqədar məktəblərin istilik sistemləri ilə təchizatı həll edilir. Ancaq buna baxmayaraq, yenə də problemlər ola bilər.

"Bir ölkədə 4500-dən çox məktəb varsa, eyni zamanda coxlu sayda uşaq bağçaları, ali məktəblər varsa, bütün bu müəssisələrdə istilik problemlərinin tam olaraq öz həllini tapacağını demək olmaz. Bu sahədə olan problemlər ilbəil aradan qaldırılır. Çünki rayonlara, hətta kəndlərə qaz xətti çəkilir", - nazir qeyd edib.

O bildirib ki, qazi xətt çəkilən yerlərdə istilik təchizatı ilə bağlı heç bir problem yoxdur və olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti