...

Azərbaycan tələbələrinin Çexiya və Rusiyada təhsilini davam etdirmələri üçün müqavilələr imzalanıb

Cəmiyyət Materials 12 Oktyabr 2012 15:10 (UTC +04:00)
Çexiyanın Olomuts şəhərindəki Palatsk Universteti Bakı Slavyan Universteti (BSU) ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Azərbaycan tələbələrinin Çexiya və Rusiyada təhsilini davam etdirmələri üçün müqavilələr imzalanıb

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir M.Əliyev/

Çexiyanın Olomuts şəhərindəki Palatsk Universteti Bakı Slavyan Universteti (BSU) ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

BSU-dan Trend-ə verilən məlumata görə, Palatsk Universtetinin rektoru Miroslav Maslak və Bakı Slavyan Universtetinin rektoru Kamal Abdulla təhsil sahəsində əlaqələri genişləndirmək üçün iki təhsil müəssisəsi arasında əməkdaşlıq müqaviləsi imzalayıblar.

Müqavilədə tələbələrin təhsilini Çexiyada davam etirməsi, çex dili müəllimlərinin sayının artırılması və tələbələrin müntəzəm yay məktəblərinin Çexiyada təşkil olunması öz əksini tapıb.

II Bakı Beynəlxalq Humanitar Forumuna qatılan çexiyalı professorlar BSU-nun Tərcümə, Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin tələbələrinə mühazirə oxuyublar.

BSU, həmçinin, Ural Federal Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Ural Federal Universtetinin rektoru Viktor Kokşarov və BSU rektoru Kamal Abdullanın imzaladığı sənəd təhsil sahəsində əlaqələri möhkəmləndirməyi nəzərdə tutur.

Müqavilədə iki universitet arasında tələbə və müəllimlərin mübadiləsi, müştərək elmi konfransların, seminarların təşkil oluması, birgə elmi-metodiki vəsaitlərin hazırlanması nəzərdə tutulub. Müqavilədə, həmçinin, magistr səviyyəsində təhsil alanların hazırlanmasına dair müştərək layihə öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti