Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Qubanın tarixi ilə bağlı yeni kitab nəşr olunacaq.
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, "Quba tarixi" adlı kitab Quba rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanır.
İcra Hakimiyyətinin təşəbbüsü ilə bağlı Tarix İnstitutunda müzakirələr aparılıb. Müzakirələrdə İnstitutun dissertantı, Quba rayon İcra Hakimiyyətinin əməkdaşı Rəxşəndə Bayramova da iştirak edib. Quba rayon İcra Hakimiyyətinin göstərişi ilə Quba tarixi ilə bağlı xeyli sənəd materialları toplanılıb. Rayon İcra Hakimiyyəti bu əsərin yazılıb başa çatdırılması və nəşriyyata təqdim olunması ilə bağlı Tarix İnstitutuna müraciət edib. Kitabın yazılması üçün müxtəlif tarixi dövrlər nəzərə alınaraq mütəxəssislərdən ibarət tədqiqatçı qrupu yaradılıb.