...

Ombudsman həbslə bağlı qanunvericilikdəki ziddiyyətin aradan qaldırılmasını istəyir

Cəmiyyət Materials 19 Oktyabr 2012 12:41 (UTC +04:00)
KM-dən Trend-ə verilən məlumata görə, Ombudsman Cinayət Prosessual Məcəllənin 448.5-ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılmasını istəyir.
Ombudsman həbslə bağlı qanunvericilikdəki ziddiyyətin aradan qaldırılmasını istəyir

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ombudsmanı şəxsin əsassız olaraq həbsdə saxlanılması ilə bağlı Cinayət Prosessual Məcəllə ilə Konstitusiya arasındakı uyğunsuzluğun aradan qaldırılması üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

KM-dən Trend-ə verilən məlumata görə, Ombudsman Cinayət Prosessual Məcəllənin 448.5-ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılmasını istəyir.

Həmin maddədə qeyd olunur ki, həbs qismində qətimkan tədbirinin seçilməsinin və ya həbsdə saxlama müddətinin uzadılmasının rədd edilməsi haqqında hakimin qərarı elan edildikdən dərhal sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəmənin qərarı ilə razı olmadığını və həmin qərardan apellyasiya instansiyası məhkəməsinə protest verəcəyini bildirdikdə, hakim öz qərarına təqsirləndirilən şəxsin müvəqqəti olaraq 7 (yeddi) gün müddətində ev dustaqlığı və ya həbsdə saxlanılması barədə müddəa əlavə edir.

Ombudsman sorğusunda qeyd edib ki, həbs qərarı olmadan şəxsin 7 gün müddətində həbsdə saxlanılması Konstitusiyayanın 32-ci və Avropa Konvensiyasının 5-ci maddəsinə ziddir və insan hüquqlarının pozuntusu kimi qiymətləndirilməlidir.

Ombudsmanın müraciəti icraata qəbul edilib və noyabrın 13-də bu müraciət əsasında KM-nin Plenumunun iclası keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti