...

Dövlət Komissiyası: Xaricdə təhsil alanlar dövlət orqanlarında işləməyə maraq göstərmir

Cəmiyyət Materials 20 Oktyabr 2012 14:12 (UTC +04:00)
Hazırda ehtiyat kadrlar siyahısında 85 xaricdə təhsil alan məzunun adı var, onlardan 7-si müvafiq dövlət orqanlarında işə qəbul edilib. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədr müavini Vəfadar Misirov deyib.
Dövlət Komissiyası: Xaricdə təhsil alanlar dövlət orqanlarında işləməyə maraq göstərmir

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir M.Əliyev/

Hazırda ehtiyat kadrlar siyahısında 85 xaricdə təhsil alan məzunun adı var, onlardan 7-si müvafiq dövlət orqanlarında işə qəbul edilib. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədr müavini Vəfadar Misirov deyib.

"Qalanların bir hissəsi bitirdikləri ali məktəblərdə təhsillərini davam etdirir, bir hissəsi isə özəl biznes sektorlarında çalışmağı üstün tuturlar. Hələ ki, onların dövlət orqanlarında yerləşdirilməsi prosesi gedir", - o bildirib.

Misirov qeyd edib ki, xaricdə təhsil alan məzunların dövlət orqanlarında işləməyə marağı yüksək səviyyədə deyil.

"Xaricdə təhsil alanların əksəriyyəti dövlət orqanlarında fəaliyyət göstərməyə maraq göstərmir. Onlar əməkhaqqının yüksək olmasına görə əsasən biznes strukturlarında çalışmaq istəyirlər", - sədr müavini deyib.

Misirov bildirib ki, xaricdə təhsil alan tələblərin dövlət qulluğuna qəbulu məsələsi Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya həvalə edilib.

"Qanunla bu proses elə tənzimlənir ki, həmin məzunlar İqtisadi İnkişaf Nazirliyinin müvafiq qurumuna müraciət etdikdən sonra dövlət qulluğunda çalışmaq istəyən həmin namizədlərin siyahısı komissiyaya göndərilir", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti