Azərbaycan, Bakı, 22 oktyabr / Trend, müxbir A.Tağıyeva/
Terrorçu Kürd Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı keçirilən hərbi əməliyyatlar nəticəsində doqquz ay ərzində Türkiyə və İraqın şimal ərazilərində 670 yaraqlı məhv edilib. Trend-in məlumatına görə, bu barədə bazaar ertəsi Türkiyənin "Sabah" qəzeti xəbər verib.
Göstərilən dövrdə 3 ton partlayıcı maddə, 400 tüfəng və 800 əl qumbarası aşkar edilərək götürülüb. Habelə bu dövr ərzində PKK yaraqlılarına kömək edən 6300 nəfər həbs edilib. 170-ə yaxın yaraqlı Türkiyə hakimiyyətinə təslim olub.