...

20 mindən çox şəxs Səudiyyə Ərəbistanında ziyarətə buraxılmayıb

Cəmiyyət Materials 23 Oktyabr 2012 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Səudiyyə Ərəbistanı hakimiyyəti müxtəlif səbəblərə görə ümumilikdə 20 534 xarici vətəndaşa Məkkə və Mədinəni ziyarət etməyə icazə verməyib və onları vətənlərinə geri qaytarıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Əl-Ərəbiyyə" telekanalı xəbəbr verib.

Başlıca səbəblər sırasında həcc həyata keçirmək üçün müvafiq geyimin (əhram) olmaması, viza və pasprotların saxta olmasıdır.
Telekanal, həmçinin bildirir ki, saxta vizalı əcnəbi vətəndaşları daşıyan səkkiz avtobus da saxlanılıb. Bu zaman telekanal onların hansı ölkələrin vətəndaşları olduqlarını dəqiqləşdirməyib.

Bu il Səudiyyə Ərəbistanına ziyarət məqsədilə dünyanın müxtəlif ölkələrindən beş milyona yaxın insan yola düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti