...

Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı yaradıldı

Cəmiyyət Materials 24 Oktyabr 2012 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı Şəhər İcra Hakimiyyətinin Aparatı bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı adlanacaq.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, hökumətin qərarı ilə inzibati orqanların təsnifatında və dövlət orqanlarının aparatlarının adları ilə bağlı qərarlarda dəyişiklik edilib.

Qərara görə, Bakı Şəhər İcra Hakimiyyətinin Aparatı bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı adlanacaq, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan qurumlar isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının birbaşa tabeliyində olan qurumlar olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti