Azərbaycan, Bakı, 31 oktyabr /Trend/
Noyabrın 1-də Azərbaycanda mülayim hava şəraiti davam edəcək, havanın temperaturu noyabr ayının iqlim normasından 1-2 dərəcə yüksək olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16, gündüz 18-23 dərəcə isti təşkil edəcək.
Noyabrın 1-də Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşam şimal rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 20-25 dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacaq.