...

Azərbaycan Türkiyə tarixçisini mükafatlandırdı

Cəmiyyət Materials 31 Oktyabr 2012 17:00 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurası görkəmli Türkiyə tarixçisi professor İnalcıq Xəlili Azərbaycan tarixinin tədqiqində və təbliğində göstərdiyi xidmətlərinə görə institutun Fəxri doktoru adına layiq görüb.
Azərbaycan Türkiyə tarixçisini mükafatlandırdı

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurası görkəmli Türkiyə tarixçisi professor İnalcıq Xəlili Azərbaycan tarixinin tədqiqində və təbliğində göstərdiyi xidmətlərinə görə institutun Fəxri doktoru adına layiq görüb.

İnstitutdan çərşənbə günü Trend-ə verilən məlumata görə, bu il noyabrın 7-də Türkiyənin Ankara şəhərindəki Bilkent Universitetində görkəmli tarixçiyə Tarix İnstitutunun Fəxri doktoru diplomunun təqdimetmə mərasimi keçiriləcək. Fəxri doktor diplomunu İnalcıq Xəlilə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov təqdim edəcək.

Təqdimetmə mərasimində Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırovun da iştirak edəcəyi gözlənilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti