...

Bakı sürücüləri üçün yeni xəbər

Cəmiyyət Materials 1 Noyabr 2012 10:13 (UTC +04:00)
Hazırda yolun torpaq yatağının tikintisi işləri davam etdirilir.
Bakı sürücüləri üçün yeni xəbər

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda daha bir avtomobil yolu genişləndirilir.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, ölkə başçısının imzaladığı "Bakı şəhərinin və onun qəsəbələrinin sosial iqtisadi inkişafına dair əlavə tədbirlər haqqında" sərəncama uyğun olaraq, Zabrat-Maştağa-Buzovna yolunun yenidən qurulması işlərinə başlanılıb.

Yolun ümumi uzunluğu 14 km olacaq. Yolun Zabratdan Maştağaya qədər olan 5 km hissəsi 6 zolaqlı, Maştağadan Buzovnaya qədər olan 9 km hissəsi 4 zolaqlı olacaq.

Hazırda yolun torpaq yatağının tikintisi işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti