...

Azərbaycandan ötən ay 1500-dən artıq əcnəbi çıxarılıb

Cəmiyyət Materials 6 Noyabr 2012 09:28 (UTC +04:00)
Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən ay 1552 əcnəbi vətəndaş ölkədən çıxarılıb.
Azərbaycandan ötən ay 1500-dən artıq əcnəbi çıxarılıb

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən ay 1552 əcnəbi vətəndaş ölkədən çıxarılıb.

DMX-dən Trend-ə verilən məlumata görə, oktyabr ayı ərzində 1848 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Onlardan 296 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1438 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 114 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, ötən ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 8505 müraciət daxil olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti