...

Ən yaxşı müəllim və məktəblərin seçilməsinə başlanılır

Cəmiyyət Materials 9 Noyabr 2012 13:31 (UTC +04:00)
Azərbaycanda noyabrın 15-dən 2012-2013-cü dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi üçün sənəd qəbuluna başlanılır.
Ən yaxşı müəllim və məktəblərin seçilməsinə başlanılır

Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda noyabrın 15-dən 2012-2013-cü dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi üçün sənəd qəbuluna başlanılır.

Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, sənəd qəbulu dekabrın 25-də yekunlaşacaq. Müsabiqədə iştirak etmək istəyənlər tələb olunan sənədləri Təşkilat Komitəsinə təqdim etməlidirlər.

Naxçıvan Muxtar Respublikada müsabiqələr bilavasitə muxtar respublikanın Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq. Müəyyən olunmuş müddətdən sonra Təşkilat Komitəsinə daxil olan sənədlər qəbul edilməyəcək.

Azərbaycanın təhsil naziri Misir Mərdanov müsabiqələrin keçirilməsi ilə əlaqədar rayon və şəhər təhsil şöbələrinə müvafiq tapşırıqlarını verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti