...

Azərbaycanın ali məktəblərində dövlətin maliyyələşdirdiyi ixtisaslarda təhsil haqqı artırılacaq

Cəmiyyət Materials 13 Noyabr 2012 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda dövlət büdcəsindən ali məktəblərin dövlət sifarişli yerləri üçün ayrılan maliyyə vəsaitinin artırılması nəzərdə tutulur. Bunu Trend-ə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, 2012-2013-cü tədris ili üzrə ali məktəblər üçün həmin vəsait ixtisaslardan asılı olaraq, bir qədər artırılıb.

"Amma bu vəsait bizi qane etmir. Biz istəyirik ki, dövlət sifarişli yerlər üzrə ayrılan maliyyə vəsaiti ödənişli əsaslarla olan ixtisaslar üzrə təhsil haqqının məbləğindən yüksək olsun. Bu iş elə təşkil edilməlidir ki, həm təhsil verən, həm də təhsil alan dövlət sifarişli yerlər üzrə təhsil almağa maraq göstərsin", - nazir deyib.

Nazir deyib ki, dövlət sifarişli yerlər üçün ayrılan maliyyə vəsaitin artımı ixtisaslardan asılı olaraq, fərqli ola bilər.

Qeyd edək ki, Azərbaycanda dövlət sifarişli ixtisaslara artıq dövlət ali məktəbləri ilə yanaşı, bütün özəl ali məktəblər də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti