...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyi qeyd olunub (FOTO)

Cəmiyyət Materials 15 Noyabr 2012 13:38 (UTC +04:00)
Noyabrın 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyi münasibətilə toplantı keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyi qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Noyabrın 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyi münasibətilə toplantı keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantını giriş sözü ilə açan nazir Fizuli Ələkbərov bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyi yalnız partiyanın üzvləri tərəfindən deyil, ümumən ictimaiyyət tərəfindən ruh yüksəkliyi ilə qeyd olunur. Çünki YAP mənsub olduğu xalqın, ölkənin ümdə maraq və mənafelərinin təmin olunmasını daim özünün başlıca fəaliyyət məramına çevirmişdir.

Qeyd olunub ki, 1992-ci ilin payızında ölkənin 91 nəfər ziyalısının ümummilli lider Heydər Əliyevə müraciət edərək, onu yeni yaranacaq partiyaya - Yeni Azərbaycan Partiyasına sədrliyə dəvət etməsi əslində bütövlükdə Azərbaycan xalqının arzu və istəyinin bariz ifadəsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında yaranan Yeni Azərbaycan Partiyası həmin dövrdə dövlətin müstəqilliyi, ölkənin gələcək taleyi üçün yaranmış təhlükələrin aradan qalxmasını, respublikanın tərəqqi yoluna səfərbər olunmasını uğurla təmin etmişdir.

Bu gün Prezident İlham Əliyevin rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının nüfuz dairəsi daim genişlənir. Hazırda partiya öz sıralarında 600 minədək üzvü birləşdirir və üzvlərin sayı artmaqda davam edir.

Toplantıda Yeni Azərbaycan Partiyasının nazirlik üzrə Salatın Əsgərova, 85 ilk ərazi təşkilatının sədri İskəndər Mustafayev YAP-ın yaranma və inkişaf yolu, sədri olduğu təşkilatın fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, nazirliyin əməkdaşlarının demək olar ki, böyük əksəriyyəti YAP-ın üzvüdür. Nazirlikdəki ilk ərazi təşkilatında qeydiyyatda olanların sayı isə 120-ə yaxındır. Onlardan 42 nəfəri bu il partiyaya üzv olublar. Təşkilatda olanların 42 nəfərini gənclər təşkil edir ki, bu da ümumən ölkədə YAP-a üz tutanların əksəriyyətinin gənclər olmasının daha bir təzahürüdür.

Toplantıda partiyanın sıralarına yeni daxil olan nazirlik əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib. Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks erdirən film nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti