...

Türkiyədə işsizliyin səviyyəsi azalıb

Cəmiyyət Materials 15 Noyabr 2012 15:06 (UTC +04:00)
2012-ci ilin avqust ayında Türkiyədə işsizliyin səviyyəsi ötən ilin analoji ayı ilə müqayisədə 0,4 faiz azalaraq 8,8 faiz təşkil edib.
Türkiyədə işsizliyin səviyyəsi azalıb

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir A.Tağıyeva/

2012-ci ilin avqust ayında Türkiyədə işsizliyin səviyyəsi ötən ilin analoji ayı ilə müqayisədə 0,4 faiz azalaraq 8,8 faiz təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Türkiyə Statistika İnstitutunun hesabatında deyilir.

Avqust ayında Türkiyədə işsizlərin sayı 2,4 milyon nəfər olub. Kənd yerlərində işsizlik səviyyəsi 0,1 faiz artaraq əməkqabiliyyətli əhalinin 4,8 faizini təşkil edib.

İşsizlik göstəricisi şəhər yerlərində 2011-ci ilin avqust ayına nisbətən 0,7 faiz azalaraq əməkqabiliyyətli əhalinin 10,9 faizini təşkil edib.

Avqustda qadınlar arasında məşğulluq 0,1 faiz artaraq 30,1 faizə çatıb. Kişilər arasında isə məşğulluq 0,9 faiz azalaraq 71 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti