...

Piyadalar, diqqətli olun!

Cəmiyyət Materials 15 Noyabr 2012 15:17 (UTC +04:00)
Azərbaycanda noyabrın 19-dan 25-dək respublika ərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək.
Piyadalar, diqqətli olun!

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda noyabrın 19-dan 25-dək respublika ərazisində "Piyadalar, diqqətli olun!" şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, bir həftə ərzində xidməti ərazilərdə piyadaların vurulması ilə nəticələn yol nəqliyyat hadisələrinin səbəbləri araşdırılaraq konkret profilaktiki tədbirlərin görülməsi, piyadaların yol hərəkəti qaydalarının pozmasının qarşısı almaq məqsədi ilə müntəzəm reydlərin keçirilməsi və bu istiqamətdə KİV-də təbliğatı daha da gücləndirmək, həmçinin təhsil müəssisələrində və əmək kollektivlərində maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub.

Bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə də piyadaları həftəlik ərzində nümunəvi davranışla çıxış etməyə çağırır.

Statistik məlumatlara əsasən cari ilin 10 ayı ərzində respublikada piyadaların vurulması ilə bağlı qeydə alınmış hadisələr ümumilikdə ölkədə baş verən yol-nəqliyyat hadisələrinin 35 faizini, Bakı şəhərində isə 49 faizini təşkil edir. Təhlillər göstərir ki, əksər hallarda belə hadisələrin baş verməsində sürücülərlə yanaşı, piyadaların da müəyyən təqsiri var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti