...

Azərbaycanda yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaların səlahiyyətləri artırılıb

Cəmiyyət Materials 17 Noyabr 2012 11:37 (UTC +04:00)
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların səlahiyyətləri genişləndirilib.
Azərbaycanda yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaların səlahiyyətləri artırılıb

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların səlahiyyətləri genişləndirilib.

Trend-in məlumatına görə, "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"yə dəyişikliklər edilməsi haqqında qanun qüvvəyə minib.

Dəyişikliyə görə, komissiyalar qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin olunmasına dövlət nəzarətini həyata keçirmək, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabatı təhlil etmək, nəticələrini qiymətləndirmək səlahiyyətinə malikdir.

Həmçinin komissiyalara uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabatı və həmin hesabat barədə Komissiyanın yekun rəyini müvafiq icra hakimiyyəti orqanına təqdim etmək, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti sahəsində normativ hüquqi aktlara uyğun olaraq, uşaq müəssisələrində monitorinqlər keçirmək səlahiyyətləri də verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti