...

Milli QHT Forumunun növbəti qurultayının tarixi məlum olub (FOTO)

Cəmiyyət Materials 17 Noyabr 2012 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir E.Mehdiyev/

Milli QHT Forumunun (MQF) VIII Qurultayı dekabrın 10-da keçiriləcək. MQF-dən Trend-ə verilən məlumata görə, bu barədə MQF İdarə Heyətinin noyabrın 16-da keçirilən növbəti yığıncağında təşkilatın rəhbəri Rauf Zeyni deyib.

O qeyd edib ki, qurultayın Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilməsi qərara alınıb.

Zeyni, həmçinin qurultayın keçirilməsi ilə əlaqədar hazırlıq işlərinin vəziyyəti haqqında, müvafiq sənədlərin hazırlanması və maliyyə vəsaiti əldə etmək üçün məktubların yazılıb göndərilməsi barədə məlumat verib.

Yığıncaq zamanı bildirilib ki, qurultaya dəstəklə bağlı 50-dən çox özəl şirkətə müraciət olunub. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası maliyyənin bir hissəsinin ayrılmasına qərar verib.

MQF İdarə Heyətinin bəzi üzvləri qurultayla əlaqədar olaraq maliyyə axtarışına yardımçı olub və bu istiqamətdə işlər davam etdirilir.

İdarə Heyəti üzvlüyünə 20-dən çox QHT öz namizədliyini irəli sürüb, MQF-nin seçkili orqanlarına (prezident, İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası) namizədliklərin irəli sürülmə vaxtı noyabrın 25-ə qədər uzadılıb.

İdarə Heyətinin qərarı ilə İH üzvlərinin sayının 27-yə çatdırılması qərara alınıb. MQF İH üzvləri Rauf Zeyninin MQF-nin prezidentliyinə və Aydın Kərimovun MQF İH üzvlüyünə namizədliklərinin irəli sürülməsini dəstəkləyib.

Bundan əlavə, yığıncaq zamanı bir sıra QHT-lər MQF-nin üzvlüyünə qəbul olunub.

Qeyd edək ki, hal-hazırda 592 təşkilat MQF-nin üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti