...

Azərbaycanın təhsil naziri orta məktəb direktorlarını ittiham etdi

Cəmiyyət Materials 17 Noyabr 2012 12:03 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov bəzi orta məktəb direktorları və rayon təhsil şöbələrinin müdirlərini orta məktəblərdəki vakant iş yerlərini gizlətməkdə günahlandırıb.
Azərbaycanın təhsil naziri orta məktəb direktorlarını ittiham etdi

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov bəzi orta məktəb direktorları və rayon təhsil şöbələrinin müdirlərini orta məktəblərdəki vakant iş yerlərini gizlətməkdə günahlandırıb.

Trend-in məlumatına görə, Mərdanov bu barədə şənbə günü "2012-2013-cü tədris ilində müəllimlərin işə qəbulunun nəticələri"nə hərs olunan kollegiya iclasdında deyib.

"Çox təəssüf ki, müəllimlərin işə qəbulu ilə bağlı yerlərdən aldığımız məlumatlar həqiqətləri əks etdirmir. Bəzi məktəb direktorları və rayon təhsil şöbələri hələ də gizli vakant yerlər saxlamaqla məşğuldurlar", - nazir bildirib.

O əlavə edib ki, 2012-2013-cü tədris ili üzrə ümumtəhsil müəssisələrində 3270 vakant yer müəyyənləşdirilib. Vakant yerlərin 293-ü Bakı şəhərində, 2977-si respublikanın digər rayon və şəhərlərinin payına düşüb. Peşə liseyləri üzrə isə 48 vakant yer olub.

Ümumilikdə 3270 vakant yerə 2797 nəfər işə qəbul olunub.

Nazir deyib ki, vakant yerlərə ən çox ibtidai sinif və ingilis dili fənləri üzrə sənədlər daxil olur. Bu tədris ili üçün 143 vakant yerə ibtidai sinif müəllimi işləmək üçün 3764, xarici dil müəllimi işləmək üçün isə 247 vakant yerə 2731 nəfər sənəd verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti