...

Sinoptiklər meteohəssas insanlara yaxşı hava vəd edirlər

Cəmiyyət Materials 17 Noyabr 2012 12:15 (UTC +04:00)
Həftə sonu Abşeron yarımadasının yüksək atmosfer təzyiqi sahəsinin təsiri altında olması meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Sinoptiklər meteohəssas insanlara yaxşı hava vəd edirlər

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Həftə sonu Abşeron yarımadasının yüksək atmosfer təzyiqi sahəsinin təsiri altında olması meteohəssas insanlar üçün əsasən əlverişlidir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında noyabrın 18-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12, gündüz 12-16 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 18-də hava şəraitinin əsasən şimal və şərq rayonlarında yağış yağacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 14-19, dağlarda gecə 1-5, gündüz 9-14 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti