...

DSMF bu ilin 10 ayında qeyri-büdcə sektoru üzrə proqnozu 110,6 faiz icra edib

Cəmiyyət Materials 19 Noyabr 2012 12:37 (UTC +04:00)
İlkin məlumatlara əsasən, 2012-ci ilin yanvar-oktyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2125,1 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 408,4 mln. manat və ya 23,8 faiz çoxdur.
DSMF bu ilin 10 ayında qeyri-büdcə sektoru üzrə proqnozu 110,6 faiz icra edib

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

İlkin məlumatlara əsasən, 2012-ci ilin yanvar-oktyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2125,1 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 408,4 mln. manat və ya 23,8 faiz çoxdur.
DSMF-dən Trend-ə verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 15,6 faiz və ya 151,3 mln. manat artaraq 1118,4 mln. manat təşkil edib.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 61,5 faizi və ya 688,2 mln. manatı qeyri-büdcə sektorunun payına düşür.

Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilin ilk 10 ayının göstəricisinə nisbətən 19,4 faiz və ya 111,8 mln. manat artıb, proqnoz isə 110,6 faiz icra olunub.
Ümumilikdə, Dövlət Sosial Müdafiə Fondu üzrə məcburi dövlət sosial sığorta haqlarının daxil olması proqnozu 100,5% icra edilib.

Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin ilk 10 ayının göstəricisi ilə müqayisədə fiziki şəxslər üzrə daxilolmalar 22,1 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 40,1 faiz artıb.

2012-ci ilin yanvar-oktyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 430,2 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,1 faiz və ya 39,5 mln. manat artıb.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.

2012-ci ilin yanvar-oktyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 2027,1 mln. manat olub.

Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1989,1 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 338,9 mln. manat və ya 20,5 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 20,9 faiz və ya 336,2 mln. manat artaraq 1943,1 mln. manat təşkil edib.

2012-ci ilin yanvar-oktyabr aylarında əhaliyə məcburi dövlət sosial sığortası hesabına 46 mln. manat məbləğində müavinət ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti