...

Azərbaycanda əlillərin sosial müdafiəsinin daha etibarlı təminatı məqsədilə layihə sənədi hazırlanıb

Cəmiyyət Materials 19 Noyabr 2012 14:29 (UTC +04:00)
Hazırlanan layihə sənədi yaxın zamanlarda Milli Məclisin müvafiq Komitəsinə təqdim olunacaq.
Azərbaycanda əlillərin sosial müdafiəsinin daha etibarlı təminatı məqsədilə layihə sənədi hazırlanıb

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsi "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa yeni redaktədə baxaraq müvafiq layihə sənədi hazırlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, layihə sənədi ixtisaslaşmış vətəndaş cəmiyyətinin iştirakı ilə əlilliyi olan şəxslərin hüquqi statusunun daha dolğun müəyyən edilməsi və onların sosial müdafiəsinin daha etibarlı təminatı məqsədilə hazırlanıb.

Bazar ertəsi vətəndaş cəmiyyətləri ilə birlikdə adıçəkilən qanun layihəsinin müzakirəsinə dair dəyirmi masa keçirilib. Layihə sənədində əlilliyi olan şəxslərin tibbi-sosial və peşə reabilitasiyası, onların təhsili və peşə hazırlığı, əmək hüquqlarının qorunması, sosial infrastrukturdan istifadə və.s. istiqamətlər üzrə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Hazırlanan layihə sənədi yaxın zamanlarda Milli Məclisin müvafiq Komitəsinə təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti