...

Deputat Novruz Aslanov gördüyü işlər barədə hesabat verdi

Cəmiyyət Materials 20 Noyabr 2012 10:17 (UTC +04:00)
Hər il olduğu kimi, bu il də millət vəkili Novruz Aslanov iki il deputatlıq fəaliyyəti barədə "Hesabat" toplusu hazırlayaraq ictimaiyyətə, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təqdim edib.
Deputat Novruz Aslanov gördüyü işlər barədə hesabat verdi

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Hər il olduğu kimi, bu il də millət vəkili Novruz Aslanov iki il deputatlıq fəaliyyəti barədə "Hesabat" toplusu hazırlayaraq ictimaiyyətə, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təqdim edib.

Trend-in məlumatına görə, iki il deputatlıq fəaliyyəti ərzində Novruz Aslanovun ünvanına vətəndaşlardan 633 rəsmi müraciət daxil olub. Bu müraciətlərin bəziləri kollektiv şəkildə imzalanıb. İsmayıllı rayonundan əlavə, millət vəkilinə Bakı və Sumqayıt şəhərlərindən, Qobustan, Neftçala, Goranboy, Tovuz, Saatlı, Tərtər, Bərdə rayonlarından da müraciətlər daxil olub.

Daxil olmuş müraciətlərə əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanlarına 141 ədəd sorğu və məktub göndərilib. Onlardan 43 məktuba rəsmi cavab verilib, 98-nə verilməyib. Məktubların 24-ü müsbət, 19-u mənfi cavablandırılıb. Cəmi 378 müraciətə əsasən məsələ həll edilib, 284 məsələ icraata götürülüb. 21 məsələ isə həlli mümkün olmayan məsələdir.

İki il ərzində Novruz Aslanov seçicilərlə görüşmək məqsədilə İsmayıllı rayonuna 70 dəfə səfər edib. İsmayıllı şəhərindəki ofisində qəbulla yanaşı, ucqar dağ kəndlərində də səyyar görüşlər keçirib. 26 kənddə belə səyyar görüş təşkil edilib. Bəzi kəndlərdə bir neçə dəfə olub və cəmi 36 dəfə kəndlərə səfər edib.

Ümumilikdə 55 faiz məsələ müsbət həll edilib, 42 faiz icraata götürülüb.

Hesabatla maraqlananlar deputatın qərargahına müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti