...

Azərbaycanda dövlət rüsumunun ödənilməsi qaydalarına dəyişiklik edilib

Cəmiyyət Materials 20 Noyabr 2012 14:26 (UTC +04:00)
Trend-in məlumatına görə, dəyişikliyə əsasən, vətəndaşlar dövlət rüsumlarını elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə də ödəyə biləcəklər.
Azərbaycanda dövlət rüsumunun ödənilməsi qaydalarına dəyişiklik edilib

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclis "Dövlət rüsumu haqqında" qanuna dövlət rüsumunun ödənilməsi qaydaları ilə bağlı dəyişiklik edilib.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən, vətəndaşlar dövlət rüsumlarını elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə də ödəyə biləcəklər.

Dəyişiklikdə qeyd olunur ki, dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti