...

Azərbaycanda yeyinti sahəsi üzrə 12 obyektin fəaliyyəti dayandırılıb

Cəmiyyət Materials 22 Noyabr 2012 15:53 (UTC +04:00)
Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən bu ilin oktyabr ayı ərzində 12 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib.
Azərbaycanda yeyinti sahəsi üzrə 12 obyektin fəaliyyəti dayandırılıb

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən bu ilin oktyabr ayı ərzində 12 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, oktyabrda yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 53 müəssisənin sahibkarı inzibati qaydada cərimələnib. Ötən ay 23 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 857, mikrobioloji göstəricilərinə görə 897, toksikoloji göstəricilərinə görə 102, radioloji göstəricilərinə görə 37 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 13-də orqanoleptik və fiziki-kimyəvi, 22-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 3191 yaxma nümunəsi, 57 soyuq qəlyanaltı nümunəsi götürülüb, 53 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti