...

Binəqədi rayonu ərazisində sənədsiz evlərin sənədləşdirilməsinə başlanacaq

Cəmiyyət Materials 22 Noyabr 2012 16:22 (UTC +04:00)
Gələn ilin yanvar ayından başlayaraq Bakının Binəqədi rayonu ərazisində sənədsiz evlərin sənədləşdirilməsinə başlanacaq. Trend-in məlumatına görə, bu barədə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov jurnalistlərə bildirib.
Binəqədi rayonu ərazisində sənədsiz evlərin sənədləşdirilməsinə başlanacaq

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir M.Əliyev/

Gələn ilin yanvar ayından başlayaraq Bakının Binəqədi rayonu ərazisində sənədsiz evlərin sənədləşdirilməsinə başlanacaq. Trend-in məlumatına görə, bu barədə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov jurnalistlərə bildirib.

O qeyd edib ki, bu məsələ ölkə başçısının göstərişinə uyğun olaraq rayon icra hakimiyyətinin diqqətindədir.

"Bizə əsasən bunun həyata keçirilməsi mexanizmi lazımdır və bu məsələ hazırda Milli Məclisdə müzakirə olunur", - İsmayılov deyib.

Onun sözlərinə görə, evlərin sənədləşdirilməsi mexanizmi müəyyən olunandan sonra bu məsələlər də mərhələli şəkildə öz həllini tapacaq.

İsmayılov həmçinin qeyd edib ki, hesabat dövrü ərzində rayonun inzibati ərazi nümayəndəliklərində, həmçinin rayon sakinlərinin sıx toplaşdıqları yerlərdə qrup tərəfindən 37 görüş keçirilib. 2012-ci ilin ilk on ayı ərzində İH başçısının Aparatına vətəndaşlardan ümumilikdə 3511 müraciət daxil olub ki, həmin müraciətlər əsasən tikinti aparılmasına icazə, inşası başa çatmış tikintilərin sənədləşdirilməsi, mənzillə və ya torpaq sahəsi ilə təmin edilmə, işlə təmin olunma, maddi yardım göstərilməsi, su, işıq, qaz, kanalizasiya, qaçqınlar və məcburi köçkünlərin problemləri ilə bağlı məsələlərlə əlaqədar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti