...

Azərbaycanın gənclər və idman naziri Latın Amerikası ölkələrinin gəncləri ilə görüşüb

Cəmiyyət Materials 23 Noyabr 2012 19:27 (UTC +04:00)
20 noyabr - 2 dekabr 2012-ci il tarixlərdə 4 Latın Amerikası ölkəsi ilə gənclərlə iş sahəsində təcrübə mübadiləsi proqramı reallaşdırılır.
Azərbaycanın gənclər və idman naziri Latın Amerikası ölkələrinin gəncləri ilə görüşüb

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

20 noyabr - 2 dekabr 2012-ci il tarixlərdə 4 Latın Amerikası ölkəsi ilə gənclərlə iş sahəsində təcrübə mübadiləsi proqramı reallaşdırılır.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu müddətdə Kolumbiya, Kosta-Rika, Meksika və Panamadan 43 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq. Səfər "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

Bu gün nümayəndə heyəti nazirliyində olub. Qonaqları salamlayan nazir Azad Rəhimov bildirib ki, Gənclər və İdman Nazirliyi dünyanın bir çox ölkələri ilə beynəlxalq əlaqələrə malikdir. Lakin əfsuslar olsun ki, bu ölkələr arasında Latın Amerikası dövlətləri hələlik yoxdur.

Bu səfərin Azərbaycanın Kolumbiya, Kosta-Rika, Meksika və Panama ilə gənclər sahəsindəki əlaqələri baxımından ilk addım olduğunu bildirən nazir qeyd edib ki, bu, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsi baxımından da mühüm əhəmiyyətə malikdir: "Sizin üçün ölkəmizlə tanışlıq məqsədilə geniş proqram tərtib olunub. Ümidvaram ki, siz buradan öz vətəninizə qayıtdıqdan sonra öz ölkənizdə Azərbaycanın gənc səfiri missiyasını daşıyacaqsınız".

Görüşdə qonaqlara Gənclər və İdman Nazirliyi barədə ətraflı məlumat verən nazir daha sonra gəncləri maraqlandıran sualları cavablandırıb.

Gənc qonaqlar, əsasən, dövlət gənclər siyasəti və Azərbaycanın idman nailiyyətləri ilə maraqlanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti