...

Azərbaycanda İİV-ə yoluxanların çoxu narkomanlardır

Cəmiyyət Materials 30 Noyabr 2012 15:10 (UTC +04:00)
Azərbaycanda İİV-ə yoluxma əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik vasitələrin istifadəçiləri arasında müşahidə edilir. Bu barədə cümə günü Trend-ə Səhiyyə Nazirliyinin İctimai və Səhiyyə İslahatlar Mərkəzindən məlumat verilib.
Azərbaycanda İİV-ə yoluxanların çoxu narkomanlardır

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda İİV-ə yoluxma əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik vasitələrin istifadəçiləri arasında müşahidə edilir. Bu barədə cümə günü Trend-ə Səhiyyə Nazirliyinin İctimai və Səhiyyə İslahatlar Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, Azərbaycan İİV-lə mübarizədə beynəlxalq təcrübədən istifadə edir. Buna görə də Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Hazırda bu problem aktual olaraq Azərbaycanda Səhiyyə Nazirliyinin nəzarətindədir.

1996-cı ildə Milli Məclisdə "İnsan immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (QİÇS) yayılmasının qarşısının alınması haqqında" qanun qəbul edilib. Hazırda bu sindromu bilərəkdən yayanları 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. Dünyada təxminən 40 milyona yaxın insan İİV daşıyıcısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti