...

Çevik Polis Alayında xidmətə qəbulla əlaqədar namizədlərin sıra baxışı keçirilib

Cəmiyyət Materials 3 Dekabr 2012 17:37 (UTC +04:00)
Bu gün Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin sıra baxışı keçirilib.
Çevik Polis Alayında xidmətə qəbulla əlaqədar namizədlərin sıra baxışı keçirilib

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin sıra baxışı keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib.

Əvvəlcə qarşılanma olub, Alay komandiri, polis polkovniki Zaur Abdullayev daxili işlər naziri Ramil Usubova iştirakçıların mərasimə hazır olması barədə raport verib.

DİN-in Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir 650 nəfərin düzüldüyü ayrı-ayrı kalonları gəzib, namizədlərin zahiri görünüşü, fiziki hazırlığının vəziyyəti, bilik səviyyəsi ilə maraqlanıb, bəzi irad və tövsiyələrini bildirib.

Usubov ümumən sıra baxışından, namizədlərin hazırlıq səviyyəsindən razı qaldığını deyib. Tələb olunan parametrlərə uyğun gəlməyənlər sıra baxışından kənarlaşdırılıblar.

Xidmətə qəbul olunacaq namizədlərə gələcək çətin, eyni zamanda, şərəfli fəaliyyətlərində uğurlar arzulayan daxili işlər naziri əmin olduğunu bildirib ki, onlar Azərbaycan Polisinin ən yaxşı ənənələrini davam etdirərək qanunvericiliklə üzərilərinə düşən vəzifələri və ölkə Prezidenti tərəfindən qarşıya qoyulan bütün tapşırıqları yüksək məsuliyyətlə yerinə yetirəcək, Vətənə və xalqa sədaqətlə xidmət edəcək, sabitliyin etibarlı təminində, əmin-amanlığın nümunəvi qorunmasında səylərini əsirgəməyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti