...

Azərbaycanda QHT-lərin maliyyələşməsində tətbiq olunacaq yeniliklər

Cəmiyyət Materials 4 Dekabr 2012 14:39 (UTC +04:00)
Azərbaycanda QHT-lərin maliyyələşməsində yeni sahələr müəyyənləşdiriləcək.
Azərbaycanda QHT-lərin maliyyələşməsində tətbiq olunacaq yeniliklər

Azərbaycan, Bakı, 4 dekabr / Trend müxbir M.Əliyev/

Azərbaycanda QHT-lərin maliyyələşməsində yeni sahələr müəyyənləşdiriləcək.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev çərşənbə axşamı Trend-ə bildirib ki, QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı növbəti müsabiqədə artıq konkret sahələr üzrə də mövzular olacaq.

"Misal üçün, açıq hökumətin təşviqi məsələsi, korrupsiya ilə mübarizə məsələsi mövzularda öz əksini tapacaq. İctimai rəydə olan yenilikləri də nəzərdən keçirəcəyik", - o deyib.

Quliyev qeyd edib ki, təcrübədə özünü doğrultmuş istiqamətlər də var ki, onlar artıq ənənəvi olaraq elan olunacaq.

"İctimai əhəmiyyət kəsb edən məsələlərlə əlaqədar televiziya və radio verilişləri, ictimai müzakirələr və debatlar özünü doğrultmuş yeni yanaşmalardan biridir", - o deyib.

Şura sədri layihələrin qəbul olunmasında və qiymətləndirilməsində də yeniliklərin olacağını bildirib.

"Şəffaflığın təmin olunmasında Azərbaycan təcrübəsi Avropada ən qabaqcıl təcrübə kimi qəbul olunur. Həm layihələrin dəyərləndirilməsi, qiymətləndirilməsi prosesi, həm layihələrin baxılması və ondan sonrakı mərhələdə narazılıqların araşdırılması mərhələsi çox şəffafdır. Biz layihələri də kodlaşdırırıq, hətta ekspertlərin biri-birini tanımaması üçün ekspertləri də kodlaşdırırıq", - Quliyev deyib.

O apelyasiya institutunun da tətbiq edildiyini bildirib. "Şuranın qərarlarından narazı qalan QHT-lər öz şikayətləri ilə Şuranın qərarını mübahisələndirə bilər. Donorun qərarından apelyasiya sistemi dünyanın heç bir yerində yoxdur", - Şura sədri deyib.

Quliyev qeyd edib ki, hazırda Şura elektron hesabatların qəbulu və layihələrin elektron formada verilməsi üzərində işləyir. "Artıq Şuranın əməkdaşları ilə hər hansı təmas minimuma endiriləcək, internet vasitəsilə ərizələrini verə biləcəklər. Bu yaxınlarda bunun ilk sınağını keçirəcəyik", - Şura sədri deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti