Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələr üçün kreditlərin sayı artırılıb.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, hökumətin "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları"na yeni etdiyi dəyişikliklərə əsasən, ixtisasın təhsil müddətindən asılı olaraq, tələbələr bakalavriat səviyyəsində 240-300 kredit toplamalıdırlar.
İndiyədk isə bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 200-dən az olmamalı idi.
Bununla yanaşı, yeni dəyişikliklərdə bakalavriat səviyyəsi üzrə səhiyyə ixtisasları üçün kreditlərin sayı da ayrıca müəyyənləşdirilib. Bakalavr səviyyəsi üzrə səhiyyə ixtisaslarına yiyələnmək istəyən tələbələr təhsil aldıqları 6 il ərzində 300-360 kredit toplamalıdırlar.