Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir M.Əliyev/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası orta məktəb dərsliklərinin monitorinqinin nəticələrini yaxın vaxtlarda açıqlayacaq. Bunu çərşənbə günü Trend-ə TQDK sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, monitorinqin nəticələri TQDK-nın rəsmi saytında yerləşdiriləcək.
Komissiya sədri deyib ki, TQDK monitorinqin nəticələrini açıqlamamışdan əvvəl nəticələr dərsliklərin müəllifləri ilə müzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycan Prezidentinin sərəncamı ilə orta məktəb dərsliklərinin monitorinqi TQDK-ya həvalə olunub.