...

Almaniyadan Azərbaycan tarixi ilə bağlı yeni sənədlər gətirilib

Cəmiyyət Materials 12 Dekabr 2012 16:55 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu Almaniyanın Berlin şəhərinin Bundesarxiv, Xarici İşlər Nazirliyinin Siyasi Arxivi və Prussiya Mədəni İrsinin Gizli Dövlət Arxivində Azərbaycan tarixi ilə bağlı bır sıra sənədlərin kataloqlarını ölkəmizə gətirib.
Almaniyadan Azərbaycan tarixi ilə bağlı yeni sənədlər gətirilib

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu Almaniyanın Berlin şəhərinin Bundesarxiv, Xarici İşlər Nazirliyinin Siyasi Arxivi və Prussiya Mədəni İrsinin Gizli Dövlət Arxivində Azərbaycan tarixi ilə bağlı bır sıra sənədlərin kataloqlarını ölkəmizə gətirib.

İnstitutdan çərşənbə günü Trend-ə verilən məlumata görə, Almaniyadan gətirilən sənədlər içərisində qiymətli xəritələr, 1905-1906-cı illərdə ermənilər tərəfindən Bakıda yandırılan tikililərin, neft mədənlərinin, zavod və fabriklərin fotoşəkillərinin, ermənilərin azərbaycanlılara qarşı soyqırımları ilə bağlı sənədlərin surətləri var.

Almaniyada elmi ezamiyyətdə olarkən Tarix İnstitutunun bir qrup əməkdaşı həmin ölkənin tarixçiləri ilə danışıqlar da aparıb. Tərəflər arasında Bakıda birgə konfransın keçirilməsi, Azərbaycan-Almaniya əlaqələrinə həsr edilmiş birgə elmi əsərlərin yazılmasına dair razılıq əldə olunub. Səfər zamanı Berlinin Bundesarxiv, Xarici İşlər Nazirliyinin Siyasi Arxivi və Prussiya Mədəni İrsinin Gizli Dövlət Arxivində Azərbaycan tarixi ilə bağlı çoxlu sayda ilk mənbələrə, o cümlədən arxiv sənədlərinə baxılıb, sənədlərin kataloqları hazırlanaraq ölkəmizə gətirilib.

İlkin mərhələdə Berlin arxivlərində saxlanılan sənədlərin kataloqu nəşr olunacaq. İnstitutun Elmi Şurasının qərarına əsasən, Azərbaycan-Almaniya qarşılıqlı əlaqələrinin tarixinə həsr olunmuş birgə elmi konfrans keçiriləcək. Almaniya arxivlərində axtarışlar davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti