...

Ermənistanı üç il ərzində 160 min nəfər tərk edib

Cəmiyyət Materials 13 Dekabr 2012 15:52 (UTC +04:00)
Ermənistan Miqrasiya Xidmətinin hesabatına əsasən, bu ilin 11 ayında ölkədən 2 milyon 53 min nəfər çıxıb, qayıdanların sayı isə 1 milyon 981 nəfər olub. Ölkədən gedən və ölkəyə gələnlərin sayı arasında fərq 71 374 nəfər təşkil edib.
Ermənistanı üç il ərzində 160 min nəfər tərk edib

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Ermənistandan miqrasiya üzrə məlumatlar açıqlanıb.

Ermənistan Miqrasiya Xidmətinin hesabatına əsasən, bu ilin 11 ayında ölkədən 2 milyon 53 min nəfər çıxıb, qayıdanların sayı isə 1 milyon 981 nəfər olub. Ölkədən gedən və ölkəyə gələnlərin sayı arasında fərq 71 374 nəfər təşkil edib. Bu barədə Trend cümə axşamı Ermənistan KİV-ə istinadən məlumat verir.

Ötən ilin analoji dövründə mövcud göstərici 64 917 nəfər olub.

Faktiki olaraq, ötən illə müqayisədə qayıdanların sayı 10 faiz artıb. Bu dinamika nəzərə alınmaqla, iddia etmək olar ki, illik kəsimdə qayıtmayanların sayı 55 min nəfər təşkil edib. Buna son illərin mənfi saldosunu əlavə etsək, 3 il ərzində Ermənistanı 160 min nəfərin və ya ölkə əhalisinin 5 faizinin tərk etdiyini iddia etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti