Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Bu gün Kür çayının aşağı axınında suyun səviyyəsi artıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Kür çayının Şirvan məntəqəsində 2, Bankədə 6 , Araz çayının Novruzlu məntəqəsində 5, Salyanda 4 sm artıb. Kürün Surra məntəqəsində isə suyun səviyyəsində 7 sm azalma müşahidə olunub.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-180, Kiçik Qafqazın çaylarında 60-110, Lənkəran-Astara bölgəsi çaylarında 20-80, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik baş verməyib.